Taxıl daşıyan daha iki gəmi yola düşəcək

taxil-dasiyan-daha-iki-gemi-yola-dusecek
Oxunma sayı: 709

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi bu gün Ukrayna limanlarından taxıl daşıyan iki gəminin yola salınmasını təsdiqləyib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.

Bildirilib ki, “Star Laura” quru yük gəmisi İranın Bəndər Xomeyni limanına çatdırılması planlaşdırılan 60,15 min ton qarğıdalı daşıyacaq. “Sormovskiy 121” quru yük gəmisi isə 3,05 min ton buğdanı Türkiyənin Tekirdağ limanına çatdıracaq.

Bundan əlavə, Mərkəz “Efe” və “Sara” quru yük gəmilərinin Odessa limanı istiqamətində keçidini təsdiqləyib. Gəmilərə cümə günü Mərmərə dənizinin sularında baxılacağı gözlənilir. Həmçinin burada 5,3 min ton günəbaxan yağı ilə İstanbula yollanan “Rahmi Yagci” gəmisinə də baxış keçiriləcək.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.