Taxıl sahələri yandı - 1 nəfər xəsarət aldı

taxil-saheleri-yandi
Oxunma sayı: 1314

Xaçmaz, Yardımlı və Qəbələdə taxıl sahələrində yanğın baş verib.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Qaraqurdlu kəndində 1 ha biçilməmiş və 8 ha biçilmiş taxıl sahəsi, Yardımlı rayonunun Sırıq kəndində 3 ha biçilməmiş və 1 ha biçilmiş taxıl sahəsi, Qəbələ rayonunun Bılıx kəndində isə 3 ha biçilməmiş taxıl sahəsi yanıb. Qəbələdəki yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Hər üç yanğın yanğın bölmələri tərəfindən söndürülüb.