“Taxıl sazişinin müddəti uzadılmalıdır” - Quterreş

taxil-sazisinin-muddeti-uzadilmalidir
Oxunma sayı: 1850

Taxıl sazişinin müddəti martın 18-dən sonra uzadılmalıdır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyətə malikdir.

Quterreş bildirib ki, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib.