“Taxt-tac oyunları”nın aktyoru vəfat etdi

taxt-tac-oyunlarinin-aktyoru-vefat-etdi
Oxunma sayı: 1619

Fransada məşhur isveçli aktyor Maks fon Südov 90 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Paris Match” nəşri xəbər verib.

Artist Yan Truel və İnqmar Berqman kimi rejissorlarla qurduğu işbirliyi sayəsində tanınıb. Maks fon Südov “Oskar”, “Qızıl qlobus” və “Emmi” mükafatlarının hər birinə iki dəfə namizəd olub.

Aktyorun son çəkildiyi ekran işlərindən biri “Taxt-tac oyunları” olub. O, serialda üç gözlü qarğanı canlandırıb.