Tayfur Əliyev asan qələbə qazanıb

tayfur-eliyev-asan-qelebe-qazanib
Oxunma sayı: 911

IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib.
 
Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.
 
O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.
 
Qeyd edək ki, Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.