Bunu “Qafqazinfo”ya açıqlamasında boksçu Tayfur Əliyev deyib. O, bildirib ki, məhz həmin məşqin nəticəsidir ki, bu gün qalib gəlib: “Bundan sonrakı döyüşə daha yaxşı hazırlaşacağam. Bu döyüşdəki səhvlərim isə texniki səhvlər idi. Ümid edirəm ki, finala vəsiqə qazanacağam. Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion ola bilərəm”.
Qeyd edək ki, Birinci Avropa Oyunlıarı çərçivəsində bu gün keçirilən boks yarışında 56 kq-da Tayfur Əliyev danimarkalı Censen Frederiklə rinqə çıxıb. O, rəqibini 3-0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər