Taylandda kütləvi partlayışlar baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pxattalunq əyalətində naməlum şəxslər tərəfindən 15 bomba partladılıb. Onlardan biri polis məntəqəsi, daha ikisi ərzaq mağazası yaxınlığında işə salınıb. Daha bir neçəsi isə tapılaraq zərərsizləşdirilib.
Partlayış nəticəsində bəzi binalara ziyan dəyib.
Müşahidə kameralarına baxış zamanı iki şübhəlini aşkarlamaq mümkün olub. Polis terrorun təşkilində ölkənin cənubundakı müsəlman ekstremistlərini günahlandırır.
Son xəbərlər
Son Xəbərlər