Taylandda aeroportda yanğın, min nəfər evakuasiya edilib

taylandda-aeroportda-yangin-min-nefer-evakuasiya-edilib
Oxunma sayı: 648

Taylandın Xonken şəhərində yerləşən aeroportun binası yanğın səbəbi ilə boşaldılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın binanın üçüncü mərtəbəsində başlayıb və qısa müddətdə binanın damındakı bütün ərazini əhatə edib. Mindən çox insan vaxtında evakuasiya edildiyi üçün itki yoxdur. 

Yanğının söndürülməsinə bir saatdan çox vaxt lazım olub. Hazırda aeroport uçuş və enişə bağlanıb. Bütün reyslər qonşu hava limanlarına istiqamətləndirilir.