Taylandda isti hava səbəbindən 61 nəfər ölüb

taylandda-isti-hava-sebebinden-61-nefer-olub
Oxunma sayı: 3916

Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Tayland Səhiyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt Banqkok, ətrafı və şimal-şərq rayonlarının sakinlərinə isti hava xəbərdarlığı edilib.

Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.

Qeyd olunur ki, “El Nino” ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.