Taylandda mağarada qalan uşaqların xilasetmə əməliyyatı dayandırıldı

taylandda-magarada-qalan-usaqlarin-xilasetme-emeliyyati-dayandirildi
Oxunma sayı: 4292

Taylandda mağarada qalmış yeniyetmələrdən ibarət futbolçuların xilas edilməsi əməliyyatı dayandırılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb mağarada oksigenin tükənməsidir. Onun bərpası üçün minimum 10, maksimum 20 saat vaxt lazımdır. Artıq futbolçulardan 4 ən zəifi mağaradan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Digər oyunçuların xilas edilməsi üçün 90 dayver işləyir. Onlardan 50-si xarici mütəxəssisdir. 

Xatırladaq ki, iyunun sonunda güclü leysan səbəbindən mağarada gizlənən 11-16 yaş qrupundan olan futbolçular və məşqçini xilasetmə əməliyyatı bu gün səhər saatlarından başlayıb. Uşaqlardan çoxu üzmə bilmədiyindən su ilə dolu mağaradan onların çıxarılması çətinləşir. Bundan başqa, artıq Taylandda yağış mövsümü başladığından mağaranın su ilə dolması təhlükəsi də artır.