Taylandda mağaradakı uşaqlardan ikisi xilas edildi

taylandda-magaradaki-usaqlardan-ikisi-xilas-edildi
Oxunma sayı: 1889

Taylandda iyunun 23-də girdikləri mağarada sel səbəbindən köməksiz qalan 12 uşaq futbolçu və onların 25 yaşlı məşqçisinin çıxarılmasına start verilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, artıq onlardan ikisi xilas edilib.

Hazırda digərlərinin də xilas edilməsi üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, 11-16 yaş aralığında olan uşaqlar və məşqçi mağaranı sel basan zaman su tutmayan yerlərə keçərək həyatda qala biliblər. Geridə qalan günlərdə xilasedicilər müxtəlif vasitəsələrlə mağarada suyun səviyyəsini aşağı salmağa çalışıblar. Uşaqlara isə yüksək proteinli qidalar verilib.