Tayvan parlamentində iclas zamanı millət vəkilləri arasında dava düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Tsai İnq-ven infrastruktur layihələrinin inkişaf etdirilməsi ilə bağlı təklifləri bildirərkən Çin Milli Partiyası ilə Demokratik Mütərəqqi Partiyasının deputatları arasında narazılıq yaranıb.
Təkliflərə əsasən Tayvanda iqtisadiyyatı canlandırmaq üçün yeni dəmiryollarının salınması da nəzərdə tutulub. Müxalif Demokratik Mütərəqqi Partiyası isə qanun layihəsinə şiddətlə etiraz edib.
Nəticədə millət vəkilləri əlbəyaxa olublar, bir-birilərinə müxtəlif qələm və su qabları atıblar. Dava edənləri çətinliklə sakitləşdirmək mümkün olub.
Hadisə zamanı bir neçə millət vəkili xəsarət alıb.






Son xəbərlər
Son Xəbərlər