Tayvan adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə “Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir.
Yeraltı təkanların episentri 350 minə yaxın əhalisi olan Hualyan şəhərindən 9,3 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.
Son xəbərlər
Son Xəbərlər