Tayvanda 7,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, güclü zəlzələyə görə Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.
***
Xarici mətbuata əsasən, zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər yaralanıb.
Qeyd edək ki, zəlzələ Bakı vaxtı ilə saat 03:58-də qeydə alınıb. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan baş verib.