Tayvanda sərnişin qatarı qəzaya uğradı - Ölən və yaralananlar var

tayvanda-sernisin-qatari-qezaya-ugradi
Oxunma sayı: 902

Tayvanın şərqində sərnişin qatarı relsdən çıxıb, ölən və yaralananlar var.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Qəza Xualyan qəzasının ərazisindəki tuneldə baş verib. Nəqliyyat vasitəsinin səkkiz vaqonunda 350-dən çox sərnişin olub. Hadisə yerində xilasedicilər işləyir.