Tayvanda ticarət mərkəzində partlayış - Ölənlər var

tayvanda-ticaret-merkezinde-partlayis
Oxunma sayı: 1408

Tayvanın Tayçunq şəhərində yerləşən “Shin Kong Mitsukoshi” ticarət mərkəzində güclü partlayış olub.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayış ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən restoranda qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.