Tayvanda yaşayış binasında yanğın - 9 ölü, 44 yaralı

Tayvanda yaşayış binasında yanğın
Oxunma sayı: 361

Tayvanın cənubunda yanğın nəticəsində 9 nəfər həlak olub.

“Qafqazinfo” “Tass”a istinadən xəbər verir ki, yanğın həm yaşayış mənzillərinin, həm də ticarət obyektlərinin yerləşdiyi köhnə 13 mərtəbəli binada baş verib.

Qaosyun şəhərində baş verən bu yanğın zamanı 44 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda yanğını nəzarət altına almaq mümkün olub.

Xilasedicilərin sözlərinə görə, yanğın qurbanlarının sayı arta bilər. Belə ki, binanın mənzillər yerləşən hissəsində bir qrup insan 7-ci və 11-ci mərtəbələr arasında qalıb.

İlkin məlumata görə, burada əksəriyyəti yaşlı insanlar olan 120 nəfər yaşayır.