Tayvanda 4,0 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Xualyan bölgəsindən 4 km cənub-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barəsində məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da Xualyanda 6,5 bal gücündə zəlzələ baş verib. Nəticədə azı 10 nəfər ölüb, 265 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər