Tbilisi aksiyasında 6 nəfər həbs edildi

tbilisi-aksiyasinda-6-nefer-hebs-edildi
Oxunma sayı: 913

Tbilisidə parlament binası və Milli Kitabxana qarşısında davam edən aksiyalarda saxlanılanlar var.

“Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, polis aksiya iştirakçılarından 6 nəfəri həbs edib. Onlar “Leyboristlər” partiyasının üzvləridir. Saxlanılanlar "itaətsizlik” və “dələduzluq”da ittiham olunurlar.

Qeyd edək ki, mitinqçilər noyabrın 28-də parlament binasının girişini tutmağa cəhd etmişdilər. Onlar parlamentdə proporsional seçki sisteminə keçilməsini tələb edirlər.