Gürcüstanın paytaxtı Tbilisidə Eliava bazarında tikinti və boya məhsullarının olduğu anbarda yanğın başlayıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə yerinə 10 yanğınsödürən, 14 xilasetmə qrupu cəlb olunub.
Yanğın baş verən ərazi Aqladze və Qudauta küçələrinin kəsişməsində yerləşir. Yanğının əhatə sahəsi hələlik bilinmir.
Xəsarət alanlar barədə məlumat yoxdur.
***
Tbilisidə baş vermiş yanğın lokallaşdırılıb. Alovun digər binalara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər