Tbilisi yeni aksiyaya hazırlaşır

tbilisi-yeni-aksiyaya-hazirlasir
Oxunma sayı: 842

Tbilisidə proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi tələbi ilə yeni mitinq planlaşdırılır.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından Şota Diqmelaşvili deyib. Onun sözlərinə görə, mitinqçilərin tələbləri nəzərə alınmalıdır.

“Aksiyaçıları yenidən dağıtmaq məcburiyyətində qalacaqlar. Çünki biz hər həftə parlamentin qarşısında piket keçirəcəyik”.

Qeyd edək ki, növbəti aksiya noyabrın 25-nə planlaşdırılır.