Tbilisidə 19 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib

tbiliside-19-nefer-koronavirus-subhesile-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 900

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilən 19 nəfərdən 17-si yoxlanılıb, 1 nəfərdə isə koronavirus aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə xəstəxananın rəhbəri Tenqiz Sersvadze məlumat verib.

“Təbii ki, yoluxmanın təsdiqləndiyi şəxslər bizimlə qalacaq. 16 nəfərdən 3-ündə koronavirus aşkarlanmasa da müalicəyə ehtiyacları var. Onlar adi qripə yoluxub və bizimlə qalacaqlar”, - deyə Sersvadze bildirib.

Qeyd edək ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O Gürcüstana Azərbaycandan keçərək daxil olub.

Orxan Məmməd