Tbilisidə 7 nəfər dəm qazından öldü

tbiliside-7-nefer-dem-qazindan-oldu
Oxunma sayı: 1606

Gürcüstanın paytaxtı Tbilisidə yeddi nəfər qaz sızmasından dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb. 

Ölənlərin hamısı bir evdə kirayə yaşayan, tikintidə çalışan fəhlələr olub. 

Qeyd edək ki, daha əvvəl yanvarda Tbilisidə yaşayış korpusunda qaz sızmasından güclü partlayış baş vermiş, nəticədə aralarında azyaşlı olmaqla dörd nəfər ölmüşdü.