Tbilisinin mərkəzində başlayan aksiya başa çatıb.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının ofisi yaxınlığında aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Etirazçılar partiya ofisini və Daxili İşlər Nazirliyinin əməkdaşlarını yumurta atəşinə tutub, boya paketləri atıblar. Binanın yaxınlığındakı avtomobillərdən birinə ziyan vurmaq istəyərkən qarşıdurma yaşanıb. Aksiya zamanı qeyri-rəsmi məlumata görə, 3 nəfər saxlanılıb.
Mitinq təşkilatçıları sabah jurnalist Lekso Laşkaravanın dəfnində iştirak etməyi planlaşdırdıqlarını deyiblər.
Son xəbərlər
Son Xəbərlər