Tbilisi yaxınlığında yerləşən Kvemo-Poniçala ərazisində azərbaycanlı ailənin üç üzvü saxlanılıb.
“Qafqazinfo” Gürcüstanın “Birinci kanal”ına istinadən xəbər verir ki, saxlanılanlar Ələskərovlar ailəsindən - ana və iki oğludur.
Polisin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində əvvəlcə qadın, bir neçə saat davam edən yoxlanışdan sonra oğulları saxlanılıb.
Ələskərovlar ailəsinin aparılmasına etiraz edən yerli sakinlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Sakinlər yolu bağlamağa çalışıblar.
Ailə vəkilinin sözlərinə görə, onların saxlanılmasına səbəb Ələskərovlara məxsus avtomobildən bir neçə bağlama narkotik vasitənin tapılması olub.
Son xəbərlər
Son Xəbərlər