Tbilisidə etirazçılar DİN-in qarşısında aksiya keçiriblər - Yenilənib

tbiliside-etirazcilar-din-in-qarsisinda-aksiya-keciribler
Oxunma sayı: 2694

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyaları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, yürüş iştirakçıları Daxili İşlər Nazirliyinin binasına doğru gedirlər.

İzdihamda ölkə bayrağı ilə yanaşı ABŞ, Avropa İttifaqı və Ukrayna bayraqları da görünüb.

***

Etirazçılar Azadlıq meydanından Daxili İşlər Nazirliyinin binasına doğru yürüş ediblər.

Onlar həbs edilmiş bütün fəalların azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilər iddia ediblər ki, polis daha əvvəl Tbilisidə sözügedən qanun layihəsinə qarşı keçirilən mitinqlərdə bir neçə yüz nəfəri saxlayıb. Mitinq iştirakçıları təhlükəsizlik orqanlarından insanları bu şəkildə qorxutmağa son qoyulmasını tələb ediblər.