Tbilisidə etirazçılar nəqliyyatın hərəkətini iflic edib - Yenilənib

tbiliside-etirazcilar-neqliyyatin-hereketini-iflic-edib
Oxunma sayı: 3057

Hüquq-mühafizə orqanları “Xarici agentlər haqqında” qanunun qəbuluna etiraz olaraq keçirilən nümayişi dağıdandan sonra Gürcüstan parlamenti yaxınlığındakı meydanı tərk ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, hadisə yerindən xüsusi texnika da çıxarılıb və Gürcüstan polisinin xüsusi təyinatlıları hazırda parlament binasının həyətinə keçib.

Etirazçıların ərazidən dağılışmadığı bildirilir.

***

“Xarici agentlər haqqında” qanuna etiraz edənlər Tbilisinin mərkəzində nəqliyyatın hərəkətini iflic ediblər.

Etirazçılar parlament binası qarşısında növbəti aksiya təşkil edib, daha sonra Qəhrəmanlar meydanına yollanıblar.

Nümayişçilər Çavçavadze prospektində nəqliyyatın hərəkətinə mane olublar.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.