Tbilisidə etirazçılara qarşı bibər qazından istifadə edilib - Video

tbiliside-etirazcilara-qarsi-biber-qazindan-istifade-edilib
Oxunma sayı: 1041

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici agentlər haqqında” qanun layihəsi əleyhinə etiraz aksiyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Gürcüstan parlamentinin həyətində səfərbər olunmuş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qanunverici orqanın xidməti girişinin qapılarını silkələməyə çalışan etirazçılara qarşı su və bibər qazından istifadə ediblər.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. 83 deputat qanunun lehinə, 23-ü əleyhinə səs verib.