Tbilisidə fəvvarədə uşaqları cərəyan vurdu, ölən var

tbiliside-fevvarede-usaqlari-cereyan-vurdu-olen-var
Oxunma sayı: 2027

Tbilisidə yeni açılan parkların birində bədbəxt hadisə baş verib.

 “Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, Vake parkında oynayan uşaqlar fəvvarəyə düşən topu çıxarmaq istəyərkən onları elektrik cərəyanı vurub. Nəticədə 3 uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan 13 yaşlı qız dünyasını dəyişib. 

Qeyd olunur ki, fəvvarə təmirə bağlı olub. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 240-cı maddəsinin (obyektin təhlükəsizlik qaydasının pozulması) bəndi əsasında istintaq başladılıb.