Tbilisidə iri ticarət mərkəzi yandı

tbiliside-iri-ticaret-merkezi-yandi
Oxunma sayı: 1063

Gürcüstanın paytaxtı Tbilisidə iri ticarət mərkəzi olan “Uşaq aləmi”ndə gecə saatlarında güclü yanğın başlayıb.

Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, 13 min kvadrat metr ərazini əhatə edən yanğının söndürülməsinə paytaxtın bütün yanğınsöndürmə briqadaları cəlb olunub. Gecə saat 3-dən səhər saatlarına qədər davam edən yanğında qızıl dükanları və topdansatış mağazaları yanıb. Minlərlə insana maddi ziyan dəyib.

Yanğına nəyin səbəb olduğu araşdırılır.