Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq edilən “yaşıl pasportlar”ın ləğv edilməsi ilə bağlı Tbilisinin mərkəzində aksiya keçirilib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbi koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən digər məhdudiyyətlərin də ləğv edilməsidir.
Təqribən 200 nəfərin iştirak etdiyi aksiyada etirazçılar Birinci Respublika meydanından Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına qədər yürüş ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, geri çəkilməyəcəklər və Gürcüstan hökuməti tərəfindən koronavirusla bağlı digər məhdudiyyətlərin ləğv olunmasına nail olmağa çalışacaqlar. Etirazçılar əsasən məktəb və küçələrdə məcburi maska taxılması kimi qaydaların ləğv olunmasını istəyirlər.
Son xəbərlər
Son Xəbərlər