Tbilisidə insanları girov götürən şəxs saxlanıldı - Video+Yenilənib

tbiliside-insanlari-girov-goturen-sexs-saxlanildi
Oxunma sayı: 3168

Tbilisidə “EmBiEs” mikromaliyyə təşkilatının binasına silahlı basqın olub.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, 9 nəfər girov götürülüb.

“Bizdə olan məlumata görə, binada 9 girov və bir silahlı şəxs var”, - deyə Tbilisi Patrul Polis Xidmətinin rəisi Vaja Siradze deyib.

“RİA Novosti” yazır ki, şahidlərin sözlərinə görə, binaya 5 silahlı şəxs basqın edib və əl qumbarası ilə silahlanıblar. Digər məlumata əsasən, girovlardan 2-si artıq sərbəst buraxılıb.

Polis hadisə yerində xüsusi əməliyyat keçirir. 

***

İnsanları girov götürən silahlı şəxs tələblərini irəli sürüb. Həmin tələblər bunlardır:

Gürcüstan bütün deputatları – həm seçkilərə qədərki, həm də seçkilərdən sonrakı – parlamentə toplaşsın;

Bütün ölkədə qumar oyunlarını qadağan edən qanun qəbul edilsin;

Kreditlərin illik faiz dərəcələri 7%-dək azaldılsın, əczaxanalarda dərmanların qiymətləri ucuzlaşdırılsın.  

*** 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bir neçə saat davam edən danışıqlardan sonra bütün girovlar sərbəst buraxılıb. Silahlı şəxs isə saxlanılıb.