Tbilisidə mitinq keçirilir

tbiliside-mitinq-kecirilir
Oxunma sayı: 4680

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Tbilisidə parlament binası qarşısında aksiya keçirir.

"Qafqazinfo" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna görə Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiya iştirakçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almasını tələb edirlər. Onlar bunun üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi istəyirlər.

Nümayişçilərin şüarları arasında eks-prezident Mixeil Saakaşvilinin də həbsdən azad edilməsi tələbi var.