Tbilisidə müxalifət aksiya keçirir - Saxlanılanlar var

tbiliside-muxalifet-aksiya-kecirir
Oxunma sayı: 1122

Gürcüstan müxalifəti Tbilisidə yeni aksiyaya başlayıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlament binası qarşısında piketə başlayan aksiyaçılar saat 19:00-dan etibarən Rustaveli prospektində yürüşə başlayıblar.

Müxalif liderlər aksiyanın dinc xarakter daşıdığını və konkret addımlar atılmayanadək davam edəcəyini bəyan edib. Onlar bütün gecəni parlament binası qarşısında qalmağı və aksiyanı səhərədək davam etdirməyi planlaşdırdıqlarını bildiriblər.

Qeyd edək ki, polis artıq “Avropa Gürcüstanı – azadlıq uğrunda hərəkat” partiyasından 2 nəfəri saxlayıb. Onlar parlament binası qarşısına odun daşıyarkən tutulublar. Saxlanılanlar partiyanın regional təşkilatının lideri Koba Zakareişvili və sürücüsü Beso Şavadzedir. Odunla dolu yük maşını cərimə meydançasına aparılıb.

Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb.