Tbilisidə müxalifət aksiyaya fasilə verdi

tbiliside-muxalifet-aksiyaya-fasile-verdi
Oxunma sayı: 801

Tbilisidə parlament binası qarşısında müxalifətin keçirdiyi aksiyada fasilə elan olunub.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mitinq cümə axşamı yenidən keçiriləcək. Bu barədə “Ayıb” hərəkatının lideri Şota Diqmelaşvili bəyan edib.

“Cümə axşamı səhər piketimizə davam edəcəyik. Biz onlara parlamentə sakit şəkildə keçib getməyə icazə verməyəcəyik”, - deyə Diqmelaşvili bildirib.