Tbilisidə prezident sarayının darvazasına qıfıl asdılar

tbiliside-prezident-sarayinin-darvazasina-qifil-asdilar
Oxunma sayı: 1825

Tbilisidə aksiyaçılar prezident sarayının darvazasına zəncirli qıfıl vurublar.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, aksiyaçılar bununla prezident Salome Zurabişvilinin siyasi böhrana passiv mövqe göstərməsinə etiraz ediblər. Onlar dövlət başçısını hökumət və müxalifət arasında vasitəçi olmağa, onların dialqounu təşkil etməyə çağırıblar.

Xatırladaq ki, roporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsi parlamentdə qəbul edilmədiyindən Gürcüstanda noyabrın 14-dən aksiyalar başlayıb.