Tbilisidə sakinlər hökumət binasının qarşısına toplaşıb

tbiliside-sakinler-hokumet-binasinin-qarsisina-toplasib
Oxunma sayı: 1411

Gürcüstanın paytaxtı Tbilisidə hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yüzlərlə etirazçı cari hökumətin istefasını tələb edir. 

Məlumata görə, etirazçılar hökumətin iclasının başlamasını gözləmək üçün hələ gecədən sözügedən əraziyə toplaşıb və binanın mərkəzi girişini bağlayıb. Əraziyə cəlb olunan polis əməkdaşları aksiya iştirakçılarından bir neçə dəfə girişi açmağı tələb etsə də, etirazçılar buna məhəl qoymayıb. Nəticədə polis güc tətbiq edərək etirazçıları kənara çəkə bilib. 

Qeyd edək ki, iyulun 3-ü Gürcüstan parlamentinin binası qarşısında minlərlə insan toplaşıb. Aksiya iştirakçıları hökumətin istefasını və Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması üçün Aİ-nin şərtlərinin yerinə yetirilməsini tələb edib.