“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” - Video

tbiliside-yasamasaydim-mutleq-bakida-yasayardim
Oxunma sayı: 2675

Yanvarın 15-də 84 yaşında dünyasını dəyişən Gürcüstanın Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidzenin illər öncə aparıcı Emin Musaviyə verdiyi müsahibə yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Kikabidze 75 illik münasibətilə verdiyi müsahibəsində keçdiyi ömür yolu, sənəti haqda danışıb.

Azərbaycanın dostu olan görkəmli sənətkar azərbaycanlılar və Bakı haqda təqdirəlayiq fikirlər səsləndirib: “Biz bir-birimizə çox bənzəyirik. Bilirsiniz, məsələ zahiri oxşarlıqda deyil... Qonaqpərvərlik. Bu, nadir xüsusiyyətdir. Elə xalqlar var ki, onlarda ümumiyyətlə bu cəhət yoxdur. Ona görə yox ki, onlar xəsisdirlər, sadəcə yoxdur. Tanrıdan verilməyib. Mən həmişə deyirəm ki, əgər Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım. Bunu çəkiliş xatirinə demirəm. Bakıda özümü evimdəki kimi hiss edirəm”. 

Daha ətraflı aşağıdakı videoda: