Gürcüstanın paytaxtı Tbilisinin Vazisubani rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
"Qafqazinfo" xəbər verir ki, nəticədə 2 nəfər - gənc ərlə arvad ölüb, 20-yə yaxın insan xəsarət alıb.
Hazırda bir neçə şəxs xəstəxanada müalicə olunur.
Yanğın söndürülüb. Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər