Tbilisidə yaşayış binasında yanğın, yaralı var

tbiliside-yasayis-binasinda-yangin-yarali-var
Oxunma sayı: 979

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, partlayış binanın 7-ci mərtəbəsində olub.

Partlayışdan sonra baş verən yanğın lokallaşdırılıb. Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir.

Partlayış nəticəsində 1 nəfər yaralanıb. Yanıq yaraları alan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.