Tbilisidə etiraz aksiyası davam edir - Yenilənib+Video

tbiliside-etiraz-aksiyasi-davam-edir
Oxunma sayı: 3726

Gürcüstanda müxalifət nümayəndələri parlamentin binası önündə etiraz aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentdə “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edirlər. 

Etirazçılar binanın önünə nəhəng Avropa İttifaqı bayrağı gətiriblər. Aksiyaya baxmayaraq gürcü deputatlar sözügedən qanunun müzakirəsinə başlayıb.

***

Əldə etdiyimiz məlumata görə, yüzlərlə etirazçının iştirak etdiyi aksiya bu saatlarda davam etməkdədir.

Qeyd edək ki, gürcü deputatlar parlamentdə sözügedən qanun layihəsinə baxılarkən dava ediblər.