Gürcüstanın paytaxtı Tbilisidə Jvaniya meydanında avtomobil yolunun örtüyü çöküb.
"Qafqazinfo" xəbər verir ki, bu gün səhər saatlarında Tbilisidə mərkəzi su borularında olan problem nəticəsində avtomobil yolunun örtüyü çöküb. Hadisə zamanı yolda olan 3 avtomobil çökən çuxura düşərək sular altında qalıb.
Baş vermiş hadisə səbəbilə bir neçə küçənin su ehtiyatı kəsilib.
DİN-dən "İnterpressnewsa" verilən məlumata görə hadisəyə görə heç kəs günahlandırılmayıb.
Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım xidmətinin bir neçə ekipajı cəlb olunub və zərər çəkən avtomobillər hadisə yerindən çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər