Gürcüstanın paytaxtı Tbilisidə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının ofisinin qarşısında mülki fəallar və siyasətçilərin ölkə hökumətinin istefası tələbi ilə təşkil etdikləri etiraz aksiyası zamanı 12 nəfər saxlanılıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Aksiya iştirakçıları yığıncaq və ifadə azadlığı haqqında qanunla icazə verilən çərçivələrdən kənara çıxdılar. Bu mərhələdə polis inzibati qaydada 12 nəfəri saxladı”, - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstanda kütləvi aksiyalar “TV Pirveli” telekanalının operatoru Aleksandr Laşkaravanın öldürülməsindən sonra başlayıb.
Son xəbərlər
Son Xəbərlər