Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə saat 20:00-dan etibarən televiziya qülləsi göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.
Teleqüllə paytaxt Tbilisinin əksər nöqtəsindən görünür.
Son xəbərlər
Son Xəbərlər