Tbilisidən Bakıya uçan təyyarə texniki səbəblərdən gecikir

tbilisiden-bakiya-ucan-teyyare-texniki-sebeblerden-gecikir
Oxunma sayı: 1532

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin birnömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda vurğulanıb.