Gürcüstan Ali Məhkəməsi Tbilisinin keçmiş meri, müxalif “Avropa Gürcüstanı” partiyasının rəhbər şəxslərindən biri Giqi Uqulavanı ikinci müddətə həbsə məhkum edib.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərini aşaraq 2011-2012-ci illərdə Tbilisi İnkişaf Fondunun 48 milyon laridən (16,8 milyon dollar) çox vəsaitini mənimsəməkdə günahkar bilinən keçmiş merə 3 il 2 ay həbs cəzası verilib.
Uqulavanın vəkili Beki Basilayanın sözlərinə görə, məhkəmə əvvəlcə onun 9 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermək istəsə də, daha sonra əfv qanununa uyğun olaraq bu müddət 6 il azaldılıb.
Xatırladaq ki, Uqulava daha əvvəl 3 illik həbs cəzasından sonra 2017-ci ilin yanvarında sərbəst buraxılıb.
***
Gürcüstanın hüquq-mühafizə orqanları Giqi Uqulavanı ona qarşı hökmün elan edilməsindən sonra nəzarət altına götürüb. O, saxlanılarkən “Bütün bu gördüklərinizin ədalətlə heç bir əlaqəsi yoxdur” ifadələrini işlədib.
Son xəbərlər
Son Xəbərlər