TBMM-də Xocalı faciəsi ilə bağlı sərgi keçiriləcək

tbmm-de-xocali-faciesi-ile-bagli-sergi-kecirilecek
Oxunma sayı: 1149

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TBMM məlumat yayıb.

Sərgidə Türkiyə parlamentinin sədri Mustafa Şəntop da iştirak edəcək.