TBMM Latviyanın “soyqırımı” qərarını qınadı

tbmm-latviyanin-soyqirimi-qerarini-qinadi
Oxunma sayı: 1117

Türkiyə Böyük Millət Məclisi (TBMM) Latviya Parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, TBMM Latviya Parlamentinin bu qərarını qınayıb.

“6 may 2021-ci ildə Latviya Parlamentində saxta soyqırımı böhtanından ibarət bir qərar qəbul edilməsini pisləyirik və bu qanunsuz qərarı rədd edirik. Tarixi hadisələrə hökm vermək və mühakimə etmək parlamentlərin vəzifəsi ola bilməz”,- deyə bəyanatda bildirilib.

Həmçinin, Millət Məclisi Latviya Parlamentini bölgədə sülh üçün atdıqları addımları dəstəkləməyə çağırıb.