TBMM Senatın “erməni soyqırımı” qərarını rədd etdi

tbmm-senatin-ermeni-soyqirimi-qerarini-redd-etdi
Oxunma sayı: 1425

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında ABŞ Senatının qondarma erməni soyqırımı qərarını qınayan və rədd edən qətnamə mətni qəbul edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, TBMM sədri Mustafa Şəntopun imzaladığı qətnamə  oxunaraq səsverməyə çıxarılıb. Mətnə AKP, CHP, İYİ Partiya və MHP-nin qrupları yekdilliklə səs verib.

Qəbul edilən qətnamədə deyilir:

“ABŞ Senatının tarixi reallıqları təhrif edərək beynəlxalq hüququn normalarını heçə sayaraq, qondarma erməni soyqırımı iddiaları ilə bağlı qəbul etdiyi qərarı Türkiyə Böyük Millət Məclisi olaraq təəssüflə qınayır və rədd edirik”.