TDƏŞ Azərbaycan xalqına başsağlığı verdi

tdes-azerbaycan-xalqina-bassagligi-verdi
Oxunma sayı: 880

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 44 günlük müharibədə şəhid verən Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şuranın tvitter səhifəsində məlumat verilib.

“Türk Şurasının üzvü olan qardaş Azərbaycanın haqlı mübarizəsində Vətəni uğrunda şəhid olan 2 min 783 oğlumuza Allahdan rəhmət, qazilərimizə təcili şəfa və Azərbaycana, bütün Türk dünyasına başsağlığı diləyirik”,- deyə paylaşımda qeyd olunub.